Naxçıvana təyyarə uçuşları artırıla bilər
03 avqust 2020 19:05 (UTC +04:00)

Naxçıvana təyyarə uçuşları artırıla bilər

“Naxçıvana təyyarə reyslərin artırılması məsələsinə baxılır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, gündə 1 reys olmaqla Naxçıvan istiqamətində reyslər həyata keçirilir: “Əlavə reyslərin yerinə yetirilməsi məsələsi müzakirə olunur”.

# 3007
avatar

Oxşar yazılar