2986
18:05
25 İyul 2020

İctimai Liderlər Platforması erməni millətçilərinin zorakılığı ilə bağlı bəyanat yaydı

Xaricdə yaşayan Azərbaycanlılarına qarşı erməni millətçilərinin həyata keçirdiyi zorakılıq hadisələri ilə bağlı İctimai Liderlər Platforması bəyanat yayıb.
Lent.az -ın məlumatına görə, Bəyanatda deyilir:
"Vətəndaş Cəmiyyəti nümayəndələrinin təmsil olunduğu İctimai Liderlər Platforması son günlərdə bir neçə ölkədə azərbaycanlıların dinc etiraz nümayişlərinin erməni diasporası təmsilçiləri tətrəfindən hədəfə alınması və eləcədə Azərbaycanılara qarşı fiziki zor tətbiq olunmasından narahatlıqlığını bildirir.
Ermənistanın ölkəmizin ərazi bütövlüyünə qəsdi, 1 milyondan çox qaçqının yurd yuvalarından didərgin düşməsi ilə nəticələnən 20 faizdən çox topaqlarımızı işğal etməsi, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayaraq 30 ilə yaxın bu işğalçı siyasətindən əl çəkməməsi artıq münaqişəni dialoq müstəvisindən müharibə həddinə çatdırmışdır.
12-17 iyul 2020-ci il tarixlərində Ermənistan tərəfi sülh danışıqlarına məhəl qoymadan Dağlıq Qarabağ-cəbhə xəttindən tamam uzaq, bir çox beynəlxalq iqtisadi və enerji layihələrin keçdiyi Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq Azərbaycan postlarına hücum etmiş və yüksək rütbəli zabit və əsgərlərimizi qətlə yetirmişdir. Ermənistanın koronavirus pandemiyası dövründə ölkəmizə qarşı etdiyi hərbi təcavüz xaricdə yaşayan soydaşlarımızın haqlı etirazlarına səbəb oldu və bundan irəli gələrək onlar vətəndaşı olduqları və yaxud sığındıqları ölkələrdə bu təcavüzə qarşı öz etirazlarını bildirirlər.
Təəssüf ki, yaşadıqları ölkələrin qanunlarına uyğun olaraq dinc nümayişlər keçirən Azərbaycanlıların sivil dünyaya öz haqq səslərini çatdırmaq təşəbbüsü Ermənistan rəhbərliyi ilə sıx təmasda olan diaspora nümayəndələri tərəfindən mənəvi və fiziki terrorla qarşılandı.
İyul ayının 21-dən başlayaraq ABŞ-nın Los-Anceles şəhərində, Belçikanın paytaxtı Brüsseldə, Moldovada, Rusiyada və digər ölkələrdə dinc aksiya keçirən soydaşlarımıza erməni milliyətindən olan şəxslər tərəfinfən hücumlar təşkil olunur., Azərbaycanlılar həmin şəhərlərdə erməni millətçiləri tərəfindən izlənilir və onlara ciddi xəsarət yetirilir. Bunula yanaşı vətəndaşlarımızın sahibkarlıq obyektlərinə erməni milliyətindən olan şəxslər hücum edir, onların mülkiyyəti dağıdılır və özlərinə xəsarət yetirilir. Bütün bu hücumlar sosial şəbəkələrdə azərbaycanlılara qarşı terrora başlamaq çağırışı və bununla da vəziyyəti gərginləşdirmək, dünya ictimaiyyətinin diqqətini ermənilərin Tovuza hücumundan yayındırmaqdan başqa bir şey deyil. Erməni milliyətindən olan şəxslər yaşadıqları ölkələrin qanunlarını kobud pozaraq təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə basqın edir və səfirliklərin binalarına və əməkdaşlarına ciddi xəsarət yetirmişlər.
Ermənilər tərəfindən 21 iyul 2020-ci il tarixində ABŞ-nın Los–Anceles şəhərində daha böyük cinayət hadisəsi törədilmiş, həmin gün bu şəhərdə yaşayan 4000 nəfərə yaxın etnik erməni Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluq binasını mühasirəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla aksiya keçirmişlər. Indiyə qədər Avropada baş verən aksiyalarda erməni etirazçıların səfirliklərə hücum və qarşı tərəfin ləyaqətini alçaldan hərəkətlərə yol verdiklərini əsas götürən şəhərin Azərbaycanlı icmasının azsaylı üzvləri (təxminən 40 nəfər) öz vətənlərinin bir parçası olan səfirliyi qorumaq məqsədilə həmin yerə gəlmişlər. Sayca dəfələrlə çoxluq təşkil edən erməni millətçiləri polis kartonunu yararaq Azərbaycanlılara hücum etmiş, onları döymüş, müxtəlif agır bədən xəsarətləri yetirmiş, təhqir etmişlər. Nəticədə 1 qadın olmaqla 7 azərbaycanlı və mühafizəni həyata keçirən polis əməkdaşlarından biri xəsarət almış, 4 soydaşımız xəstəxanaya yerləşdirilmişdir. 4000 nəfərdən çox erməni 40 nəfər azərbaycanlıya qarşı vandalizm aktı, fiziki zor və təhqirlər tanınmış media kameraları və jurnalistlərin qarşısında edirlər.
Konsulluğun binası ermənilər tərəfindən daş-qalaq edilməsi radikal erməni təşkilatları, o cümlədən Erməni Gənclər Federasiyası və Amerika Erməni Komitəsinin iştirakı ilə baş verməsi rəsmi olaraq sübut edilmişdir. Bununla bağlı sosial şəbəkələrdə, tanınmış media orqanlarının səhifələrində yetərli qədər məlumatlar var. Belə ki, bir çox aksiyalarda ASALA terror təşkilatının emblemi və hərbi geyim forması geyinmiş erməni gənclərin fotoları qeydi alınıb.
Bundan başqa 22 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqının yanında Nümayəndəliyinin inzibati binası önündə keçirilən nümayiş zamanı ermənilər dinc azərbaycanlılara qarşı kütləvi hücum etmiş, daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə öz torpaqlarının bir hissəsi olan, beynəlxalq qanunlarla mühafizə olunan səfirlik binasına hücum etmişlər. Bu hücumlar zamanı bir jurnalistimiz, 6 soydaşımız, diplomatik missiyanın əməkdaşları müxtəlif xəsarətlər almış, missiyanın inzibati binası dağıntılara məruz qalmış, şüşələr sındırılmış, diplomatların ailə üzvlərinin yaşadıqları əraziyə hücum edilmiş, avtomobillər yararsız hala salınmışdır. Bu dəhşətli hücum aktına görə, habelə Azərbaycanlı gənci təkləyərək döyən, təhqir edən 17 erməni təxribatçısı saxlanması haqda məlumatlar yayılmışdır.
Ermənistanın bütün beynəlxalq normaları pozaraq fiziki terror siyasətini əsas fəaliyyət xətti seçməsi kimi təhlükəli yola girdiyini nəzərə alaraq, İctimai Liderlər Platformasının üzvləri aşağıdakıları bəyan edir:
1. Dünyada yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi zorakılıq və fiziki terror hadisələrini qətiyyətlə pisləyir və onun dərhal dayandırılmasını tələb edirik;
2. Beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini Ermənistanın fiziki terror siyasətini dərhal dayandırmaq üçün çağırışlar etməyə, bu kimi cinayətkar əməlləri pisləməyə, işğalçı və təcavüzkar Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaları tətbiq etməyə çağırırıq;
3. Azərbaycanlılara qarşı törədilən fiziki terror, vandalizm aktlarına görə bundan sonrakı bütün məsuliyyətin Ermənistan hakimiyyətinin üzərində olacağını bildiririk;
4. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların haqlı etirazını və narahatçılığını təbii hesab edərək onlara hərtərəfli dəstəyimizi bildirir, bununla yanaşı soydaşlarımıza yaşadıqları dövlətlərin mövcud qanunvericiliyinə uyğun tədbirlərini sivil yolla davam etdirməyə, erməni təxribatlarına uymamağa və təmkinli olmağa çağırırıq.
İctimai Liderlər Platformasının üzvləri
Rauf Zeyni, Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondu
Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondu
Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
Novela Cəfərova, D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti
Səadət Bənənyarlı, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
Səltənət Qocamanlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
Qorxmaz İbrahimli, Biosfer İctimai Birliyi
Əvəz Həsənov, Humanitar Tədqiqatlar İctimai Birliyi
Əziz Ələkbərov, Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
İsrayıl İsgəndərov, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
Çingiz Qənizadə, Demokratiya və İnsan Hüquqlari Komitəsi
Məhərrəm Zülfüqarlı, İctimai Problemlərin Tədqiqi Assosiasiyası
Kamil Səlimov, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi
Fuad Məmmədov, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
Eyyub Hüseynov, "Azad İstehlakçılar" İctimai Birliyi
Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadinlar Birliyi
Mirvari Qəhrəmanova, Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
Şəmistan Əlizamanlı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
Akif Nağı, Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
Osman Gündüz, Multimediya Sistemləri İctimai Birliyi
Mayis Əliyev, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi
İradə Rizazadə, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
Bahar Qasımova, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
Məlahət İbrahimqızı, "Lider Qadınlar" İctimai Birliyi
Fizüli Rzaquliyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyi
Mehdi Mehdiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
Etibar Əliyev, 21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyi
Əhməd N. Abbasbəyli, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
Nəsiman Yaqublu, Tarix və Mətbuat Araşdırmalarına Dəstək
Şahin Rəcəbov, "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi
Aydın Əbilov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi
Fikrət Yusifov, Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
Elçin Hüseynov, "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi
Aydın Kərimov, Müstəqil Hüquq Mərkəzi
Əhməd Qəşəmoğlu, Tərəqqi və Demokratiya İctimai Birliy
Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyi
Şəmsəddin Əliyev, Polisə Dəstək İctimai Birliyi
Asif Əsgərli, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
Emin Həsənli, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləmndirmə İctimai Birliyi
İlqar Orucov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi