Daha bir gizli işləyən kafe aşkarlandı - FOTO
25 iyul 2020 15:27 (UTC +04:00)

Daha bir gizli işləyən kafe aşkarlandı - FOTO

Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan”  kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və  müştərilər saxlanılaraq ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. 

Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün topnan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681

Oxşar yazılar