Aya Sofya 86 ildən sonra ibadətə açıldı - VİDEO - YENİLƏNİB
24 iyul 2020 15:31 (UTC +04:00)

Aya Sofya 86 ildən sonra ibadətə açıldı - VİDEO - YENİLƏNİB

Aya Sofyada 86 ildən sonra cümə namazı qılınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, namazdan əvvəl “Qurani-Kərim”dən surələr oxunub.

Cümə namazına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə parlamentinin sədri Mustafa Şentop, MHP sədri Dövlət Baxçalı, sabiq Baş Nazir Tansu Çiller, hökumət üzvləri, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun, Diyanət İşləri Başqanı Ali Erbaş və digər şəxslər qatılıblar.

 

12:24

 

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq.

İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq.

Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Aya Sofyaya 3 imam və 5 müəzzin təyin edilib.

# 4327
avatar

Oxşar yazılar