Dünyanın ən kiçik parkı: Kəpənəklər üçün tramplini olan hovuz, at nalı...- VİDEO
12 sentyabr 2020 17:36 (UTC +04:00)

Dünyanın ən kiçik parkı: Kəpənəklər üçün tramplini olan hovuz, at nalı...- VİDEO

Ginnesin Rekordlar Kitabına əsasən, Mill Ends Park dünyanın ən kiçik parkıdır. Onu ABŞ-ın Portland şəhərində iki küçənin kəsişməsində salıblar. Onun 0,61 metri diametrli və 0,3 kvadratmetr sahəyə malik dairə forması var.

Lent.az xarici KİV-ə isstinadən xəbər verir ki, parkda hər cür bitki örtüyünə əlavə olaraq, müxtəlif zamanlarda miniatür obyektləri görmək olardı: kəpənəklər üçün tramplini olan hovuz, at nalı, tamaşa çarxı və qızıl dibçəklə leprekon. İrland folklorunun bu personajı formasında olan kiçik heykəlciyi Müqəddəs Patrik Günü münasibətilə quraşdırıblar.

Yeri gəlmişkən, Mill Ends Parkın yaradıcılarından olan, "Oregon Journal" adlı yerli qəzetin müşahidəçisi Dik Faqanın sözlərinə görə bu park məhz leprekonun sayəsində yarandı. Faqanın dediklərinə görə, əvvəlcə fənər dirəyinin qoyulması planlaşdırılan küçədəki çuxurda leprekon görüb. Onu tutaraq Faqan leprekonun istəyini yerinə yetirmək arzusu qazanıb. Dik öz parkının olmasını arzulayıb, amma onun ölçüsünü dəqiqləşdirməyib. Nəticədə leprekon arzunu yerinə yetirib, fənər dirəyi üçün çuxuru dünyada ən kiçik parka çevirib. 

Mill Ends Parkı Müqəddəs Patrik Gününə həsr oluub və bu gün parkın ətrafında bu bayramın şərəfinə festival və konsertlər keçirilir.

# 2296
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar