Cerrard İngiltərəyə qayıtmaqdan imtina etdi
23 iyul 2020 12:35 (UTC +04:00)

Cerrard İngiltərəyə qayıtmaqdan imtina etdi

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrardın İngiltərədə çalışmaq variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, "Bristol Siti" "Reyncers"in baş məşqçisinin xidmətində maraqlı olub.

Çempionşip təmsilçisi bununla bağlı Cerrarda rəsmi təklif də göndərib. Lakin 40 yaşlı çalışdırıcı bu təkliflə maraqlanmadığını, Şotlandiya təmsilçisini tərk etməyəcəyini bildirib.

Qeyd edək ki, Stiven Cerrard 2018-ci ildən "Reyncers"ə rəhbərlik edir.

# 2569
avatar

Oxşar yazılar