12:06
23 İyul 2020

Samir Piriyev 2-ci dəfə BOŞANIR: "Evimdə ilan bəsləyirmişəm"

Müğənni Samir Piriyevin 2-ci evliliyi də dağılmaq ərəfəsindədir.

Lent.az -ın məlumatına görə, ifaçının xanımı Anara bildirib ki, buna səbəb, Samirin xəyanətdir:

"Bu illər ərzində Samirə gələn sevgi məktublarını görürdüm. Amma deyirdim ki, müğənnidir, normal haldır. Amma May ayından Samirin dəyişildiyini hiss etdim. Günə iki qutu siqaret çəkirdi. Özü də namaz qılan adam. Sən demə evimdə ilan bəsləyirmişəm. Onun sevgilisi Aynur adlı qadın uşaqlarımın yanında evimizə basqın etdi. Bunu heç cür bağışlaya bilməzdim. Həmin insanı polisə verdim. Amma hələ də bir cavab yoxdur".

Qeyd edək ki, Samir və Anaranın Fərəh adlı qızı, Nicat adlı oğlu var.

Xatırladaq ki, hadisə iyunun 8-də, saat 12 radələrində baş verib. 27 yaşlı Aynur adlı qadın müğənninin evinə gəlib. O, Samir Piriyevin həyat yoldaşı Anara Piriyevaya hücum edib.

Dİgər xəbərlər