Türmədəki qardaşına narkotik vermək istədi
22 iyul 2020 10:21 (UTC +04:00)

Türmədəki qardaşına narkotik vermək istədi

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Muradov Vaqif Azər oğluna qardaşı Bakı şəhər sakini Muradov Natiq Azər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman siqaret qutusunun içərisində 0,829 qram narkotik vasitə “marixuana” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36706

Oxşar yazılar