Həftəsonu yol qəzaları 4 can aldı
20 iyul 2020 12:55 (UTC +04:00)

Həftəsonu yol qəzaları 4 can aldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.    

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 , qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793

Oxşar yazılar