Xalq artisti Aygün Kazımova da Hərbi Komisarlığa yollanaraq qeydiyyatdan keçib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, müğənni cəbhədə vuruşmaq istəyən könüllülər siyahısına daxil olub. Kazımova ilə birlikdə aparıcı Hacı Nuran Hüseynov da olub.
Hazırda yeni layihəsi ilə bağlı Qəbələdə olan müğənni çəkilişləri yarımçıq qoyaraq elə oradakı Hərbi Komisarlığa gedib. Müğənni həmin an əsgər paltarında olub.