AŞPA prezidentindən Milli Məclisin sədrinin müraciətinə CAVAB
17 iyul 2020 19:52 (UTC +04:00)

AŞPA prezidentindən Milli Məclisin sədrinin müraciətinə CAVAB

Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı  müraciət məktubuna cavab göndərib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib. 

AŞPA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır. 

 

AŞPA prezidentinin məktubunda daha sonra qeyd edilir:  "Tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram".

# 3934
avatar

Oxşar yazılar