4498
15:53
17 İyul 2020

Putin Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclasının keçirildiyini, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə olunduğunu və Moskvanın vasitəçilik səylərinə hazır olduğunun vurğulandığını qeyd edib.