1528
19:19
17 İyul 2020

Keçmiş məhkum şəhər sakinini döyüb velosipedini aldı

Sumqayıtda soyğunçuluq hadisəsi olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 15-də şəhər sakini Q.Nərimanova zor tətbiq edilərək soyğunçuluq yolu ilə velosipedi əlindən alnıb.

Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Ş.Dadaşov saxlanılıb.