18:48
15 İyul 2020

Azərbaycanda bu il nə qədər gümüş və qızıl hasil edilib? - CƏDVƏL

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 711,7 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,5% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 2 150,3 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25,1% artıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti tərəfindən hasil olunur.

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Məhsul növləri

2020-ci ilin yanvar-iyun aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

1 253,1

130,3

Qiymətli metal filizləri və konsentratları, kq

3 862

112,3

o cümlədən:

qızıl

1 711,7

99,5

gümüş

2 150,3

125,1

Dİgər xəbərlər