Hər il 251 şəhid üçün ac-susuz 47 km-lik yürüşə çıxır
15 iyul 2020 19:24 (UTC +04:00)

Hər il 251 şəhid üçün ac-susuz 47 km-lik yürüşə çıxır

Türkiyədə Bünyamin Yurdakul adlı vətəndaş 15 iyul hadisəsindən bu yana 251 şəhid üçün 47 kilometrlik yolu bu il 4-cü dəfə piyada gedib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, B.Yurdakul 2016-cı ildəki çevrilişə cəhd gecəsinə avtomobillə gələrkən bu bəladan sonra həmin yerə piyada gələcəyinə söz verib. Bununla da o, artıq 4-cü ildir ki, verdiyi sözü tutaraq, eyni məsafəni ac-susuz piyada yürüşə çıxır.

Qeyd edək ki, B.Yurdakul Kayserinin Şıxlı məhəlləsində yaşayır. Hər il 8.5 saat ərzində gəldiyi Dəvəli qəsəbəsi isə həmin ünvandan 47 km məsafədə yerləşir.

# 3532
avatar

Mehman Nəbiyev

Oxşar yazılar