8179
10:31
14 İyul 2020

Ermənilər daha bir kəndimizi artilleriya atəşinə tutub - SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA -ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.