919
09:29
14 İyul 2020

Keçmiş məhkumdan heroin tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Lent.az -ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər bir neçə maddə ilə məhkum olunan, 1981-ci il təvəllüdlü Fuad Cabbarov tutulub. Ondan 2,257 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.