Paşinyanın növbəti təxribatı onun sonu olacaq – Səbuhi Məmmədli yazır
13 iyul 2020 16:42 (UTC +04:00)

Paşinyanın növbəti təxribatı onun sonu olacaq – Səbuhi Məmmədli yazır

Ermənistanın təxribatı alınmadı. Azərbaycan Ordusu düşmən geri oturtdu. Erməni ordusu xeyli canlı qüvvə və hərbi texnika itirərək geri çəkildi. İndi sual olunur, bu təxribat, bütün bunlar Ermənistanın nəyinə lazım idi?

 

Bu suala Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilmiş iclasında ətraflı cavab verdi. Prezident bildirdi ki, Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib.

Və bu ölkədə hamı başa düşür ki, “Ermənistan hakimiyyətinin vəd etdiyi dırnaqarası çiçəklənmə xülyadır, yalandır”.



Hə, doğrudan da bu günlərdə Ermənistanda ictimai fikir birmənalı şəkildə Paşinyanın əleyhinədir. Ölkə dərin böhrandadır, beynəlxalq nüfuzu yox dərəcəsindədir. Və bu vəziyyətdə sərhəddə təxribata əl atıb ictimai fikri yayındırmaq niyyətləri isə məhz Azərbaycan ordusunun sayəsində iflasa uğradı. Paşinyan öz başını, necə deyərlər, dərddən dərdə soxdu.

 

 

Elə  Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da o fikirdədir ki, Azərbaycanla sərhəddə təxribat Paşinyana ictimaiyyəti ölkə daxilindəki problemlərdən yayındırmaq üçün lazımdır. Sitat: “Bu gün Ermənistanda ölkə daxili siyasi böhran hökm sürür. Bu böhran koronavirus pandemiyası ilə uğursuz mübarizə fonunda daha da dərinləşib. Məhz buna görə, Paşinyana Azərbaycanla sərhəddə təxribat lazım olub”.

Rusiyalı hərbi ekspert baş vermiş insidenti olduqca təhlükəli adlandırıb: “Əlbəttə ki, Ermənistan ordusu tərəfindən Azərbaycanın mövqeləri artilleriya atəşinə tutulduqdan sonra Azərbaycan tərəfi cavab verməyə məcbur olub, atəşə atəşlə cavab verib. Mən bir daha deyirəm ki, bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır. Məqsəd Ermənistan əhalisini diqqətini ölkədaxili problemlərdən, Paşinyanın siyasətinin iflasa uğramasından yayındırmaqdır”.

Hə, Ermənistan təkcə ölkə daxili problemlərlə üzləşməyib. Bu ölkə, onun rəhbərliyi dünya çapında olan heç bir beynəlxalq qurumda nüfuz sahibi deyil. Prezidentin də haqlı olaraq qeyd etdiyi kimi son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atması, məhz Azərbaycan prezidentin təşəbbüsüylə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutması və bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkənin dəstəkləməsi rəsmi İrəvanda qıcıq doğurur. Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. “Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”.

Məhz bu səbəbdən beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir.

Prezidentin dediyinə görə, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub.  “Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Zəif iqtisadiyyat, zəif ordu, zəif idarəetmə... Və bütün bu zəiflərlə Ermənistan müharibəmi etmək istəyir?



Ermənistanın siyasi rəhbərliyi anlayır ki, yeni müharibəyə tab gətirə bilməz. Müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı qətiyyən şübhə doğurmur. Bu ölkə əvvəldən qtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu.

Elə hərbi ekspert Korotçenkonnun qeyd etdiyi kimi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini sübut etməkdədir. “Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının üç qətnaməsi var, harada ki, işğal faktı əksini tapıb. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır.

Ekspertin dediyinə görə, bu gün Ermənistan təbliğat və demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyaya qurban kimi qələmə verir, əslində isə işğalçıdır”.

Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Prezident əminliklə bildirdi ki,

Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq.  Paşinyanın növbəti təxribatı isə, onun sonu olacaq. Buna heç kimin şübhəsi olmasın!

# 3505
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar