Dubaydan çarter reysi ilə 186 həmyerlimiz Vətənə gətirildi - FOTO
08 iyul 2020 23:13 (UTC +04:00)

Dubaydan çarter reysi ilə 186 həmyerlimiz Vətənə gətirildi - FOTO


İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan APA-ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.  

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Məlumat üçün bildirək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

# 4885
avatar

Oxşar yazılar