2815
13:23
04 İyul 2020

Karantin qaydalarını pozan kafe... - 7 nəfər saxlanıldı


İyul ayının 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsindən yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.