01:14
29 İyun 2020

DÇ-2018-dən sonra Rusiyada hələ də 2 mindən çox azarkeş qalıb

“2018-ci ildə futbol üzrə Dünya Çempionatını seyr etmək üçün azarkeş pasportu ilə ölkəyə daxil olan 2 mindən çox əcnəbi hələ də Rusiya Federasiyası ərazisini tərk etməyib”.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov “Kommersant” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən azarkeşlər ölkəyə vizasız daxil olublar: “Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin əcnəbi azarkeşlər əslində qanunsuz miqrantlardır".

Dİgər xəbərlər