15:31
25 İyun 2020

Xruşşovun oğlu intihar edib

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun oğlu, politoloq Sergey Xruşşov özünü öldürüb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, onun ölümünün təfərüatı ilə bağlı “The New York Times” məlumat yayıb.

Qeyd edilir ki, onun başından güllə yarası olan meyiti tapılıb. Polisdən verilən məlumata görə, meytin üzərində zorakılıq əlamətləri olmayıb.

Oğul Xruşşovun ölməsi ilə bağlı iyunun 18-də məlumat yayılıb. O zaman Sergey Xruşşovun intihar etdiyi açıqlanmırdı.

Dİgər xəbərlər