Türkiyədə avtomobil partladıldı - ÖLƏNLƏR VAR
17 iyun 2020 22:38 (UTC +04:00)

Türkiyədə avtomobil partladıldı - ÖLƏNLƏR VAR

 

Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda yol tikintisi üçün yanacaq daşıyan avtomobildə partlayış olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Şırnak Valiliyi məlumat yayıb.

Bildirilib ki, səbəbi bilinməyən partlayışda avtomobildəki 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İraqla sərhəd olan Şırnak Türkiyədə terrorçuların mağaralarda ən çox sığınacaq aldığı yerlərdən biridir.

# 3484
avatar

Oxşar yazılar