1993
18:16
17 İyun 2020

Bu şəhərdə qanunsuz fəaliyyət göstərən balıq sexi aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncədə qanunsuz fəaliyyət göstərən hisə verilmiş balıq istehsalı ilə sexi aşkarlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, aparılan yoxlamalar nəticəsində Zeynal Xəlilov küçəsi, ev 1 ünvanında yaşayan Salmanov Fuad Cəmil oğlunun həyətində balıq məhsullarının hisə verilməsi və satışını təmin etdiyi aşkarlanıb. Sexin heç bir gigiyenik tələblərə cavab vermədiyi müəyyən olunub.

Yoxlamalar zamanı satışa hazır olan 120 kiloqram, həmçinin hisə verilməyən, natəmiz qablarda saxlanılan 80 kiloqram məhsul dövriyyədən çıxarılıb. Sexin fəaliyyəti isə dayandırılıb.

AQTA xəbərdarlıq edir ki, bu cür nöqsanlara yol verən sex və ya müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində ciddi tədbirlər görüləcək.