Putinin iqamətgahında tunel - Koronavirusa qarşı
17 iyun 2020 14:11 (UTC +04:00)

Putinin iqamətgahında tunel - Koronavirusa qarşı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

APA-nın rbc.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Penza Vilayəti Administrasiyası məlumat yayıb.

Məlumatda tunelin Penzada yerləşən şirkət tərəfindən hazırlandığı bildirilir.

 

Şirkətdən bildirilib ki, dezinfeksiya tuneli ölkənin birinci şəxsinin və onu ziyarət edəcək qonaqların koronavirusdan qorunmasını təmin edəcək. 

# 2947
avatar

Oxşar yazılar