13:01
17 İyun 2020

Azərbaycandan 130 İran vətəndaşı ölkəsinə yola salındı

Azərbaycanda qalan İran vətəndaşlarından daha bir qrupu bu gün ölkəsinə göndərilib.

APA-nın Tehran bürosunun İran dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, bu gün daha 130 nəfər İran vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən keçməklə İrana yola salınıb.

Bildirilib ki, İranın Azərbaycandakı səfirliyi və Azərbaycan rəsmilərinin davamlı səyləri nəticəsində indiyədək 664 nəfər İran vətəndaşı ölkələrinə qaytarılıb.

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb, iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq, iki ölkə arasında yük daşımaları davam etdirilir.

Dİgər xəbərlər