Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
16 iyun 2020 18:30 (UTC +04:00)

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi


Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində kimyəvi silah aşkar edildikdə, həmin silah Konvensiyada nəzərdə tutulmuş hallarda və həmin Konvensiyaya uyğun olaraq Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada məhv ediləcək.

# 5911
avatar

Oxşar yazılar