11:11
10 İyun 2020

Ermənistanda koronavirusdan daha 10 nəfər öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 428 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 14 103, xəstəlikdən ölənlərin sayı isə 227 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 5226 nəfərdir.

Dİgər xəbərlər