Zelenskidən maraqlı koronavirus açıqlaması
09 iyun 2020 14:01 (UTC +04:00)

Zelenskidən maraqlı koronavirus açıqlaması


Ukrayna Prezidenti Vladimir Zelenski yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmaq istədiyini açıqlayıb. 

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, o, bunu koronavirusun taun olmadığını insanlara nümayiş etdirmək üçün istədiyini bildirib.

“Bu qorxuludur, sən xəstələnə bilərsən. Lakin insanlar başa düşməlidirlər ki, koronavirus taun deyil”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

V.Zelenski qeyd edib ki, ailəsi onu bu addımına görə bağışlamaz.

# 3550
avatar

Oxşar yazılar