09:50
08 İyun 2020

ASB özünüməşğulluq proqramı iştirakçısına dəstək oldu

Azərbaycanın ilk banklarından biri olan ASB, iqtisadi və sənaye layihələrini maliyyələşdirməklə ölkə iqtisadiyyatının inkişafında daima aktiv rol oynayır. Dövlət və sosial yönümlü layihələrə öz iştirakı ilə dəstək olan və bu sahədə aparıcı yerlərdən birini tutan ASB, özəlliklə əhalinin həssas qruplarından olan vətəndaşlarımıza dəstəyi daima prioritet saymışdır. ASB daima sosial məsuliyyət ehtiva edən, vətəndaşlarımıza dəstək verən bütün layihələridə yer alır və sosial müdafiə dəstəyinə ehtiyacı olan işsiz vətəndaşları, aztəminatlı ailələri və məcburiköçkünləri də daima diqqət mərkəzində saxlayır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair bağlanmış 11 mart 2020-ci il tarixli memoranduma uyğun olaraq özünüməşğulluğun təşkili üçün proqram hazırlanmışdır.

Ramazan Bayramı və 28 May Respublika Günü Bayramları ərəfəsində baş tutan bu sosial kampaniyada , ASB layihə çərçivəsində “Özünüməşğulluğa cəlb edilmiş şəxs” olan Həziyeva Zəkiyyə Sevindik qızına, öz şəxsi biznesinin inkişafı üçün avadanlıqların təmin edilməsi ilə dəstək göstərmişdir. ASB tərəfindən proqram çərçivəsində dəstək davam etdirilir.

Dİgər xəbərlər