ABŞ-da jurnalistlərlə bağlı 328 insidentin olduğunu açıqlandı
07 iyun 2020 05:20 (UTC +04:00)

ABŞ-da jurnalistlərlə bağlı 328 insidentin olduğunu açıqlandı

 

Hüquq müdafiəçiləri ABŞ-da keçirilən etiraz aksiyaları zamanı polislərlə jurnalistlər arasında 320-dən çox insidentin yaşandığını bildiriblər.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ondan artıq müstəqil jurnalist qrupunu birləşdirən qeyri-kommersiya təşkilatı “Press Freedom Tracker” tərəfindən Twitter hesabında bildirilib.

“328+ mətbuat azadlığına hücum hadisəsi, 54+ həbs. Jurnalistlərə 208 hücum, polis tərəfindən media qrumlarının ofislərinə 173 basqı”, deyə açıqlamada vurğulanıb.

# 2353
avatar

Oxşar yazılar