14:56
04 İyun 2020

Brilliant İlhamə Quliyeva öləndən sonra NƏLƏR DEMƏDİ

Xalq artisti Brilliant Dadaşova mərhum müğənni İlhamə Quliyeva barədə danışıb.

Lent.az -ın məlumatına görə, müğənni statusunda bu sözləri qeyd edib: “Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam”.

Sonra Xalq artisti Flora Kərimova B.Dadaşovanın rəyini paylaşaraq, bu sözləri qeyd edib: “Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu! İndi söz düşüb bəzilərinin dilinə - “sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Bəzən nəzərdən qaçırırlar ki, görünmək olmaq demək deyil!

Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq, qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız”.

Dİgər xəbərlər