1543
13:13
03 İyun 2020

Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmə aparılacaq

Rusiyada payızda koronavirusa qarşı peyvəndləmə başlamaq planlaşdırılır.

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Dmitriy Çernışenko koronavirusa qarşı kütləvi peyvəndləməyə payızda başlanılmasının nəzərdə tutulduğunu bildirib.

D.Çernışenko peyvənd üzərində işlərin tam sürətlə davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, mütəxəssislər payızda kütləvi peyvəndləməyə başlamağın mümkünlüyünü söyləyirlər. O, əlavə edib ki, hələlik insanlar infeksiya risklərini nəzərə almaqla yaşamağı öyrənməlidir.