04:47
25 May 2020

ABŞ bu ölkəyə səfər etmiş əcnəbilərə qapılarını bağladı

ABŞ Prezidenti Donald Tramp hazırda koronavirus infeksiyasına yoluxma hallarının hədsiz artdığı Braziliyaya son 14 gün ərzində səfər etmiş əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasını qadağan edib.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Keyli Makinani öz açıqlamasında deyib.

“Bu gün prezident ölkəmizin mühafizəsi üçün qəti addımlar ataraq, ABŞ-a gəlmək üçün müraciət etməzdən əvvəl 14 gün müddətində Braziliyada olan xarici vətəndaşların girişini dayandırdı. Bugünkü aksiya Braziliyada olan əcnəbilərin ölkəmizdə əlavə virus mənbəyinə çevrilməməsinə zəmanət verəcək. Bu yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-la Braziliya arasında ticarət dövriyyəsinə təsir etməyəcək”, - Makinaninin açıqlamasında belə deyilir.

Dİgər xəbərlər