"Biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik" - Prezidentə məktublar
23 may 2020 15:12 (UTC +04:00)

"Biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik" - Prezidentə məktublar

Pandemiyaya qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən ardıcıl tədbirlər ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanmaqdadır. Respublikanın bütün bölgələrindən ölkə başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.
Lent.az növbəti məktubu təqdim edir? 


Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası ilə əlaqədar hazırda ölkəmiz sınaq dövrü yaşayır. Bu dövrdə hər bir vətəndaşı diqqətdə saxlayaraq ona qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm.

Biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik. Son illər sosial vəziyyətimizin yaxşılaşdırılması sahəsində böyük işlər görülüb. Biz bu günlərdə də böyük qayğı ilə əhatə olunmuşuq. Biz də vəzifəmizin öhdəsindən layiqincə gəlmək, onlayn dərslər keçməklə şagirdlərin təhsildən qalmaması üçün çalışırıq.

Müəllimlərə göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adından bir daha Sizə minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə, Orucov Faiq Fərrux oğlu.
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi”.

 

# 3391
avatar

Oxşar yazılar