Saçınızı boyamadan əvvəl bilməli olduğunuz 7 QIZIL QAYDA
20 may 2020 19:49 (UTC +04:00)

Saçınızı boyamadan əvvəl bilməli olduğunuz 7 QIZIL QAYDA

Gözəl və cəlbedici saçlara sahib olmaq hər bir qadının arzusudur. Bəziləri bunun üçün təbii saç boyalarından vaz keçərək saçlarını boyayır. Amma uğursuz alınan boyama işi onların arzusunu ürəklərində qoyur. Bəs heç “səhvi harada edirik” sualını vermisinizmi? Necə edək ki, saç rəngimiz reklamlardakı kimi alınsın? 

Bütün bunlar, bilirik ki, saçına boya çəkən və buna hazırlaşan hər bir xanımı maraqlandırır. O zaman diqqətli olun. 

Lent.az sizə saçınızı boyamadan əvvəl bilməli olduğunuz 7 qaydanı təqdim edir:

1. Saçın uzunluğunun boyanın miqdarına təsir edirmi?

Bəli. Saçınız qalındırsa və ya saçınız çiyninizdən aşağı qədər enirsə, o zaman ən yaxşı rəng tonunu əldə etmək üçün iki qutuya ehtiyacınız ola bilər. Bundan əlavə, uzun saçların ucları boyanı daha çox mənimsəyəcəyi üçün sərf edəcəyiniz müddət də uzun ola bilər. 

2. Saç tiplərinin boyamaya təsiri necədir?

Fərqli saç növləri rəngləmə prosesində də fərqlənir. Saçların qalın və ya nazik olub-olmadığını nəzərə almaq vacibdir. Saçlar qalın olanda boyanı daha uzun müddət saxlamaq lazım olur. Nazik saçlarda isə tam əksinə. Əgər saçlarınız qurudursa, o zaman boyanı daha tez özünə çəkəcək. Buna görə də qoyduğunuz vaxta diqqət etməlisiniz. Əks halda saçlarınız zədələnə bilər. 

3. Boyamadan əvvəl saçı kəsdirmək, yaxud perming əməliyyatı etdirmək olar?

Boyamadan əvvəl saçınızı kəsmək, boyanın əsas təsirlərini göstərəcək. Boya saç düzümünüzü də aşkar edəcəkdir. Eyni məsələ perming üçün də keçərlidir. Perming prosesi yeni boya tətbiqinə mane olmur.

4. Saçı rəngləmədən əvvəl yumaq lazımdır?

Saçları boyamadan əvvəl yumamalısınız. Çünki dərinizi qoruyan təbii yağların itirilməsinin qarşısını alır.

5. Rəngləri qarışdırıb birləşdirmək olar?

Sizə ən uyğun olan rəngi özünüz ev şəraitində tənzimləyə bilərsiniz. Bunun üçün ən yaxşısı rənginizi hazırlayarkən 2-3 rəngin bir-birinə yaxın açıq və tünd tonlarından istifadə etməkdir. 

6. Saçda boyanın qalma müddəti necə təyin olunur?

Boyanın yerləşdiyi paketin üzərində göstərilən vaxt saçınızda rəngləmə işi bitən kimi başlayır.

7. Saçı növbəti dəfə nə qədər müddətdən sonra boyamaq olar?

Uzun müddət davam edən boyalar 28 yumaya qədər davam edir. Saçınızı hər gün yusanız, bu müddət təxminən 4 həftədir. Saçlarınızın dibləri görünməyə başlayanda, boya təxminən 4-6 həftədən sonra yenilənməlidir. 

Sadalanan qaydalara riayət etsəniz, saçlarınızda heç bir problem yaranmaz.


Lamiyə Məmmədova

# 9304
avatar

Oxşar yazılar