2787
09:42
04 May 2020

İdmanla məşğul olanlar virusa daha tez yoluxur?

Yeni korononavirusun bəzilərində çox ağır keçməsi, ölümə səbəb olması, bəzilərində isə çox yüngül, hətta simptomsuz qeydə alınması haqda çoxsaylı suallar ortaya çıxır. E-tibb.az xəbər verir ki, COVID-19-la bağlı elmi və nəzəri tədqiqat modeli hazırlayan italyan immunoloqlar virusun necə "işlədiyini" və bəzi insanlarda xəstəliyin asimptomatik olmasını, bəzilərində isə ölümlə nəticələnməsini izah ediblər.

Alimlərə görə, koronavirus daha çox doğuluşdan (anadangəlmə) immuniteti zəif olan insanlar üçün təhlükəlidir. Xüsusilə, bu, orqanizmdə genetik qüsurlara qarşı antitel olmayanlara və yaşlılara aiddir.

Tədqiqatçıların hesabatında deyilir ki, infeksiyanın nəticəsi infeksiyadan sonra ilk 10-15 gün ərzində müəyyən edilir və virusun ümumi təsir dozası və anadangəlmə immunitetin effektivliyi arasındakı balansdan asılıdır. Alimlər qeyd edirlər ki, aktiv komponentlər tüpürcəkdə və selikli qişaların qatında olan təbii IgA və IgM antitellərdir. Bununla yanaşı, mütəxəssislər koronavirusun kumilyativ təsirinin böyük olduğunu qeyd edirlər. Belə ki, infeksiya COVID-19 keçirən xəstələrlə təmasda olan olan həkimlər və səhiyyə işçiləri arasında çox tez yayılır. Bundan əlavə, insan uzun müddət idmanla məşğul olduqda virus sürətlə yayıla bilər. İntensiv idman, insanın dərin və tez-tez nəfəs almasına səbəb olur. Bütün bunlar virusun aşağı tənəffüs yollarına birbaşa daxil olmasını asanlaşdırır.
Mütəxəssislər deyirlər ki, İtaliyada ilk yoluxmuş kişi futbol oynadıqdan sonra ikinci gündə xəstəliyi hiss edib. Bu zaman o digər oyunçularla təmasda olub və bu, yoluxma səbəbi kimi göstərilir. Alimlər bildirib ki, əgər "Sars-CoV-2” adangəlmə immunitet blokadasını dəf edərsə və infeksiyanın erkən mərhələlərində yuxarı tənəffüs yollarından alveollara yayılarsa, yerli müqavimət olmadan çoxala, sətəlcəmə səbəb ola və çoxlu antigen ifraz edə bilər.