2310
16:49
27 Aprel 2020

Qənirə Paşayevaya daha bir vəzifə verildi

Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib.

APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilib.

Nümayəndə heyətinə Anar Məmmədov, İlham Məmmədov, Aydın Hüseynov daxildir.

Qənirə Paşayeva faktı APA -ya təsdiqləyib.

O bu etimad üçün parlament rəhbərliyinə təşəkkür edib.

“Ölkəmizi bu beynəlxalq təşkilatda layiqincə təmsil etmək üçün var gücümüzlə çalışacağıq”, - deyə Q. Paşayeva bildirib.

***

13.59

Azərbaycanın təmsil olunduğu beynəlxalq parlament təşkilatlarının sayı artır.

APA-nın məlumatına görə, Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq.

Bununla əlaqədar Milli Məclisdə nümayəndə heyəti formalaşdırılacaq.