İsraildə daha 129 nəfərdə koronavirus aşkarlanıb
20 aprel 2020 03:14 (UTC +04:00)

İsraildə daha 129 nəfərdə koronavirus aşkarlanıb

İsraildə koronavirusa yoluxanların sayı son tutka ərzində 129 nəfər artaraq 13491-ə çatıb.  Ölənlərin sayı isə 1 nəfər artaraq 172-yə yüksəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin son məlumatında bildirilib. 

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı 146-ya qədər azalıb. Onlardan 109-u süni tənəfüs aparatına qoşulub.

Bu günədək ümumilkdə 3754 nəfər sağalıb.

# 927
avatar

Oxşar yazılar