894
18:37
17 Aprel 2020

İSESKO Qısametrajlı Film Mükafatı elan edir

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) “İSESKO Rəqəmsal Ev” təşəbbüsünün “Distant Mədəniyyət” layihəsi çərçivəsində İSESKO Qısametrajlı Film Mükafatını elan edir.

Lent.az xəbər verir ki, mükafat ən yaxşı 3 qısametrajlı filmə müvafiq olaraq 8.000 dollar, 6.000 dollar və 4.000 dollar məbləğində olmaqla veriləcək.

İSESKO bu mükafatın gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıdığını bəyan edir. Bu Mükafat həmçinin film istehsalını təşviq etmək, İSESKO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, "həyat iqtisadiyyatı" və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa kömək etmək məqsədlərinə də xidmət edir.

Əlavə olaraq, müsabiqədə iştirak edən filmlər aşağıdakı kateqoriyalara bölünməlidir: dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVID-19) dövründəki gündəlik həyat və komediya. Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.

Müsabiqədə iştirak üçün, qısametrajlı film:

  1. Xronometrajı 4 dəqiqədən çox olmamalıdır;
  2. Əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməmiş olmalıdır;
  3. Bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməlidir;
  4. İSESKO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı olmalıdır;
  5. Bu email ünvanına göndərilməlidir: [email protected].

İSESKO həmçinin bəyan edir ki, Üzv Dövlətlərin Milli Komissiyaları və səlahiyyətli tərəfdaşlar Mükafatın elan edilməsində iştirak edəcək və İSESKO qaliblərin seçimi üçün münsiflər heyəti təyin edəcək. Mükafatlar Mərakeş Krallığının Rabat şəhərində, İSESKO-nun baş qərargahında baş tutacaq xüsusi mərasimdə təqdim ediləcək.

Təqdirəlayiq haldır ki, İSESKO “Distant Mədəniyyət” təşəbbüsü çərçivəsində aşağıdakı yaradıcılıq sahələrinin hər biri üzrə üç tələbəyə mükafat ayırmışdır: Qısa hekayə yazmaq, rəsm çəkmək; və musiqi kompozisiyası və ya digər yaradıcı məhsul yaratmaq. Mükafatlar müvafiq olaraq 6.000 ABŞ dolları, 4.000 ABŞ dolları və 2.000 ABŞ dolları məbləğindədir.

Mükafat üzrə nominasiyalarla bağlı suallar AR Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

E-mail: [email protected]