4874
13:31
17 Aprel 2020

Koronavirusdan sağalan Mələk: "Anam dedi ki, qohumlar eşitməsin, ərə gedə bilməzsən" - FOTO

Türkiyədə koronavirusdan sağalan Mələk adlı tibb bacısı başına gələnlər barədə açqlama verib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, təcili tibbi yardımda çalışan Mələk İldırım martın əvvəllərində Fransadan qayıdandan sonra özündə xəstəliyin simptomlarını hiss edib. Buna görə də, o, martın 16-da, öz ad günündə Diyarbəkirdə xəstəxanaya yerləşdirilib:

“Martın 17-də koronavirus testimin pozitiv çıxdığını öyrəndim. O an inanın özümə görə yox, təmasda olduqlarım üçün çox pis oldum. Fransadan gələndən sonra təmasda olduğum 8 nəfərdən 2-sində testin cavabı neativ çıxdı. Digər 6 nəfər isə karantini problemsiz başa vurdular. Maraqlıdır ki, Fransada da ünsiyyətdə olduğum qohumlarımın test cavabları da neqativ çıxmışdı. Buna görə də, xəstəliyə elə İstanbula təyyarə ilə gələndə yoluxduğumu düşünürəm”.

Yerli mediaya açıqlama verən Mələk İldırım, sosial məsafəyə diqqət yetirilməsini tövsiyə edərək, müalicə aldığı prosesi dilə gətirib:

“Müalicənin ilk günü çətinlik çəkdim. Şiddətli oynaq ağrısı və qızdırmam vardı. 5-ci gündən sonra düzəlməyə başladım. Bir otaqda 13 gün tək qalmaq asan deyil. Sosial məsafəyə diqqət edin. Diyarbəkirdə ilk dəfə COVİD-19-dan müalicə alan mənəm deyə düşünürəm. Tez-tez burada təmasda olduğum 8 nəfərə zəng edərək necə olmalarını öyrəndim. Martın 28-i evdə müalicəyə buraxıldım. Ancaq ailəm Mardində olduğuna görə, atama zəng vurdum. Atam dedi ki, qızım evə gəlmə. Onsuz da, atam kəndə getmişdi, anam Mardin şəhərində idi, mən də Diyarbəkirdə qaldım. Mənim testim pozitiv çıxanda anam dedi ki, qızım kimsə bilməsin, qohumlar eşitməsin, sonra ərə gedə bilməzsən.