“İnter” Martinesi Qrizmannla dəyişdirmək istəyir
14 aprel 2020 18:47 (UTC +04:00)

“İnter” Martinesi Qrizmannla dəyişdirmək istəyir

“İnter”in forvardı Luataro Martineslə “Barselona” maraqlanır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Milan klubun rəhbərliyinin argentinalı ilə yollarının ayrılmasına xüsusi istəyi yoxdur, lakin Martinesin Fransa millisinin hücumçusu Antuan Qrizmannla dəyişdirmək variantına hazırdır. 

Məlumata görə, “İnter” hələ ki “Barselona”ya belə təklif etməyib, ancaq kataloniyalılardan təşəbbüs gözləyir. 

22 yaşlı Martinesin “İnter”lə müqaviləsində klubdan buraxılış məbləği 111 milyon avro göstərilib. “Barselona” ötən il Qrizmannı Madridin “Atletiko”sundan 120 milyona əldə edib. 

29 yaşlı fransalı “Barselona”da 37 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə verib. Martinesin hesabında 31 oyunda 16 qol, 4 məhsuldar ötürmə var. 

 

# 1467
avatar

Oxşar yazılar