722
12:20
14 Aprel 2020

Dünya şöhrətli teatrın əməkdaşları koronavirusa yoluxdular

Rusiyanın dünya şöhrətli “Bolşoy teatr”ının 34 əməkdaşı koronavirusa yoluxub.

Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu teatrın baş direktoru Vladimir Urin bildirib.

Baş direktorun dediyinə görə, onlar dərhal karantinə alınıblar və çərşənbə günü yenidən testdən keçiriləcəklər.

Teatr əməkdaşlarının virusa yoluxması bir neçə gün əvvəl Rusiya estrada ulduzlarının həkimlərə dəstək məqsədiylə amma birbaşa efir üçün verdikləri konsert zamanı bəlli olub. “Biz bir yerdəyik” şüarı ilə keçirilən həmin konsertdə Dmitri Pevtsov, Serqey Qarmaş, Konstantin Xabenski, Nikolay Rastorquev, Dima Bilan, Polina Qaqarina, Tamara Qverdsiteli, İqor Krutoy, Vadim Repin kimi sənətkarlar iştirak ediblər. Məhz bu konsertdən əvvəl onu hazırlayan 34 teatr əməkdaşında virus aşkarlanıb.