18:24
13 Aprel 2020

Evinizin rahatlığını bu üsullarla edin - FOTO

Ötən il “Hygge” konsepsiyası trendlər arasında ön sıralarda gedib.

Lent.az xarici mediaya istinadla evdə “Hygge” konsepsiyası ilə rahatlıq yaratmağın bir neçə üsulunu təqdim edir. Evin daha çox işıqlı olması “Hygge” konsepsiyasının əsasını təşkil edir. Həmçinin yeni ildə quraşdırılan rəngbərəng işıqlar da bu xüsusda əhəmiyyətli sayıla bilər.

Bir neçə his verməyən şam da evinizdə ab-havanı dəyişməyə kömək edəcək. Bundan əlavə, yasəmən və portağal qoxusu da evinizin aurasına müsbət təsir edəcək.

Evinizdə lazım olmayan əşyaları bağışlamaq və ya satmaq tövsiyə olunur. Dəyişik əşyalarla evinizdə özünüzü rahat hiss edəcəksiniz.

Rəngli mebel dəstləri və yumşaq materialda əşyalar, həmçinin təbiət rəsmli oboylar da özünüzü rahat və xoşbəxt hiss etməyə bir fürsətdir.

Dİgər xəbərlər