19:32
11 Aprel 2020

Niderlandda koronavirusa yoluxanların sayı 24 min nəfəri ötüb


Niderlandda koronavirusa (COVID-19) yoluxanların sayı 24 min nəfəri ötüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, son sutkada daha 1316 nəfərdə virus aşkarlanıb. Bununla ölkə üzrə koronavirusa yoluxanların sayı 24413 nəfərdir.

İndiyədək COVID-19 pandemiyasına yoluxmuş 2643 nəfər ölüb ki, onlardan 132 ölüm faktı son sutkada qeydə alınıb.

Qeyd edək ki, ölkədə ilk yoluxma faktı bu il fevralın 27-də qeydə alınıb. Aprelin 28-dək təhsil, əyləncə və mədəni müəssisələrin fəaliyyəti dayandırılıb.

Dİgər xəbərlər