430
15:44
10 Aprel 2020

Gəncədə karantin rejimini pozan 208 nəfər cərimələndi

Gəncədə karantin rejimini pozanlar barəsində inzibati tədbir görülüb.

Daxili İşəlr Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az -a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozanlar aşkarlanaraq barələrində müvafiq qanunlara uyğuntədbirlər görülüb. Araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlarda 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. Qeyd edək ki, inzibati tədbir görülənlərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir.