Koronavirus orqanizmdə ömür boyu qalır? - Baş infeksionistdən CAVAB
10 aprel 2020 12:45 (UTC +04:00)

Koronavirus orqanizmdə ömür boyu qalır? - Baş infeksionistdən CAVAB

Koronavirusdan sağalan insanların orqanizmində infeksiyanın daim qalacağı iddiası nə qədər doğrudur? Bu halda virusa yoluxanlar ömür boyu narahatmı yaşayacaq?

Bu kimi suallara cavab tapmaq üçün Lent.az ölkənin baş infeksionisti Cəlal İsayevlə danışıb.

Ölkənin baş infeksionisti bildirib ki, koronavirus viruslarının orqanizmdə sağaldıqdan sonra 5-6 həftəyə kimi qala bildiyi deyilir:

"Ola bilsin ki, yoluxmuş xəstə sağaldıqdan sonra o virus onda qalsın və ifraz olunsun. Amma virusun orqanizmdə daimi qalması söhbəti yoxdur. 5-6 həftədən sonra o da gedir. 5-6 həftə qalması halı da hamıda olmur, bəzi insanlarda qala bilər. Bu bir qism  insanlar da xəstəliyin yayılması nöqteyi-nəzərdən təhlükəli olurlar. Ona görə də xəstələr sağaldıqdan, klinik əlamətlər tam çəkildikdən sonra 24 saat ərzində ən azı iki dəfə test aparılır. Əgər nəticə hər iki halda mənfi çıxarsa, xəstə evə yazılır. Amma virus bədəndə qalmaqda davam edərsə həmin şəxslə bağlı təkrar müalicə və müşahidə tədbirləri aparılır".

Həkim qeyd edib ki, xəstəlikdən sağaldıqdan sonra evə buraxılanlar da ambulator şəraitdə mütəxəssislər tərəfindən xəstəliyin ağırlığından asılı olaraq  3 aydan 6 aya qədər nəzarətdə saxlanılırlar. O qeyd edib ki, 3-6 aydan sonra onlar da nəzarətdən çıxarılır. Bütün infeksion xəstəliklərdə belə olduğunu deyən C.İsayev vurğulayıb ki, bu cür xəstələr evə yazıldıqdan sonra hamısı nəzarətə götürülür:

"Koronavirus da bu qəbildən olan xəstəlik olduğuna görə nəzarətə götürülür. Virusun orqanizmdə ömür boyu qalacağı iddiası isə doğru deyil".

# 8784
avatar

Aygün İbrahimli

Oxşar yazılar