Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB
10 aprel 2020 14:17 (UTC +04:00)

Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB

Ermənistanda daha bir nəfər koronavirusdan vəfat edib.

APA-nın aysor.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan bildirib.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb. 

***

11:18

Ermənistanda koronavirusa yoluxduğu təsdiqlənənləri sayı 937-yə çatıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu barədə ölkənin xəstəliklərə nəzarət və profilaktikası milli mərkəzi məlumat yayıb.

Son sutkada 16 yeni yoluxma qeydə alınıb, bir nəfər ölüb. Onun 72 yaşlı kişi olduğu bildirilir.

Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin sayı 11-ə çatıb.

# 1041
avatar

Oxşar yazılar