ABŞ-da "COVİD-19"dan rekord ölüm sayı: yoluxma sayında partlayış
10 aprel 2020 09:35 (UTC +04:00)

ABŞ-da "COVİD-19"dan rekord ölüm sayı: yoluxma sayında partlayış

Ötən sutka dünyada koronavirusdan ölüm və yoluxma sayına görə növbəti rekrod göstərici olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyada yoluxma sayı son sutka ərzində 116 min nəfər artaraq, 1 milyon 601 min nəfərə yüksəlib. Virusun ağır zərbə vurduğu ABŞ-da ötən gün 1890 nəfər dünyasını dəyişib. Bununla da ABŞ 16 min 697 ölüm halı ilə İspaniyanı keçib. Dünya üzrə isə koronavirusdan ölüm sayı aprelin 9-da 7 min 180 nəfər də artaraq, 95 min 717-ə çatıb.

İtaliyada dünən ölüm sayı 610 nəfər artaraq, 18 min 279-a, İspaniyada 683 artımla 15 min 447-ə yüksəlib. ABŞ-da yoluxma sayı 426 min 262-ə, İspaniyada 152 min 446-a, İtaliyada isə 143 min 626-a yüksəlib.

# 1781
avatar

Mehman Nəbiyev

Oxşar yazılar