Deputat epidemiyanın iqtisadiyyata zərərindən danışdı: "Lazımi addımlar atılır”
09 aprel 2020 12:00 (UTC +04:00)

Deputat epidemiyanın iqtisadiyyata zərərindən danışdı: "Lazımi addımlar atılır”


“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronaviorus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən il üzrə hesabatının müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır: "Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir. Məsafədən idarəetrmə, elektron ticarətin genişlənməsi bu günün əsas tələblərindən biridir”.

# 1436
avatar

Oxşar yazılar